Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bakı şəhər sakinləri N.Abdullayevə və onun arvadına qarşı quldurluq törətməkdə şübhəli bilinən Sabirabad rayon sakini E.Abışov saxlanılmışdır

12.10.2020

Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə oktyabrın 10-da saat 6 radələrində Z.Əhmədbəyov küçəsində bir nəfərin Bakı şəhər sakinləri N.Abdullayevin baş nahiyəsinə küt alətlə xəsarət yetirməsi, arvadına isə güc tətbiq edərək bıçaqla hədələyib 20 manat pulunu və mobil telefonunu alması barədə məlumat daxil olmuşdur.

N.Abdullayevə və arvadına xəstəxanada ilkin tibbi yardım göstərilmişdir.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş E.Abışov müəyyən edilərək saxlanılmışdır.

12.10.2020 tarixinə olan kriminal məlumatlar