Daşkəsən rayonunun Əhmədli kəndi ərazisində “QAZel” markalı avtomobil dərəyə aşmışdır
12.10.2020Oktyabrın 13-də saat 1 radələrində Daşkəsən rayonunun Əhmədli kəndi ərazisində Dəstəfur kənd sakini Turan Məmmədov idarə etdiyi “QAZel” markalı avtomobili dərəyə aşırmış və aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Daşkəsən RPŞ tərəfindən araşdırma aparılır.