Qazax rayonunun Böyük Cəfərli kəndi ərazisində yol-nəqliyyat hadisəsi
12.10.2020Oktyabrın 12-də saat 22 radələrində Qazax rayonunun Böyük Cəfərli kəndi ərazisində Xanlıqlar kənd sakini Qələndər Məmmədovun idarə etdiyi “VAZ-2104” və Bakı şəhər sakini M.Musayevin idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşmuşdur. Nəticədə hər iki sürücü və sərnişinlərdən biri xəstəxanaya yerləşdirilmiş, Q.Məmmədov orada ölmüşdür.
Qazax RPŞ tərəfindən araşdırma aparılır.