Bakı şəhər sakini İ.İsmayılovaya qarşı soyğunçuluq törətməkdə şübhəli bilinən V.Məmmədov saxlanılmışdır
12.10.2020Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini İ.İsmayılova oktyabrın 10-da saat 11 radələrində B.Çobanzadə küçəsində bir nəfərin ona zor tətbiq edib içərisində 310 manat olan pulqabısını aldığını bildirmişdir.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Məmmədov müəyyən edilərək saxlanılmışdır.