Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini İ.Şahverdiyev saxlanılmışdır
12.10.2020Binəqədi RPİ 43-cü PB əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Şahverdiyev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin götürülmüşdür.
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun “Mercedes” markalı bir avtomobildən 230 manat pul və bank kartı oğurlaması da müəyyən edilmişdir.