Bakı şəhər sakinləri N.Abdullayevə və onun arvadına qarşı quldurluq törətməkdə şübhəli bilinən Sabirabad rayon sakini E.Abışov saxlanılmışdır
12.10.2020Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə oktyabrın 10-da saat 6 radələrində Z.Əhmədbəyov küçəsində bir nəfərin Bakı şəhər sakinləri N.Abdullayevin baş nahiyəsinə küt alətlə xəsarət yetirməsi, arvadına isə güc tətbiq edərək bıçaqla hədələyib 20 manat pulunu və mobil telefonunu alması barədə məlumat daxil olmuşdur.
N.Abdullayevə və arvadına xəstəxanada ilkin tibbi yardım göstərilmişdir.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş E.Abışov müəyyən edilərək saxlanılmışdır.