Quldurluq törətməkdə şübhəli bilinən Bakı şəhər sakini A.Məmmədov saxlanılmışdır
15.08.2020Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinə avqustun 14-də Suraxanı qəsəbəsi ərazisində qəsəbə sakini X.Rəhimovun idarə etdiyi “KİA” markalı avtomobilə sərnişin qismində minən bir nəfərin bıçaqla onu hədələyib 200 manatını alması barədə müraciət daxil olmuşdur.Dərhal başlanılan əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Məmmədov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılmışdır.Suraxanı RPİ-də araşdırma aparılır.