Qoyun oğurlamaqda şübhəli bilinən Bərdə rayon sakini H.Sadıqov və Ağdam rayon sakini N.Nəsirov saxlanılmışlar
15.08.2020Kürdəmir RPŞ və Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində R.Şükürovun Çöl-Ərəb kəndindəki evinin həyətindən 10 baş, C.Babayevə məxsus yardımçı təsərrüfatdan isə 3 baş qoyun oğurlamaqda şübhəli bilinən Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş H.Sadıqov və Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş N.Nəsirov saxlanılmışlar.Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların Kürdəmir şəhəri ərazisində şəhər sakini S.Şəmiyevə məxsus fermadan 8 baş, Çöl Ərəb kənd sakini G.Abdullayevanın həyətindən isə 2 baş qoyun oğurlamaları da müəyyən edilmişdir.