Bakı şəhər sakini O.Hacızadənin idarə etdiyi avtomobildən tapança və patron aşkar edilərək götürülmüşdür
15.08.2020Cəlilabad RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Uzuntəpə kəndi ərazisində Bakı şəhər sakini O.Hacızadə idarə etdiyi “Mercedes” markalı avtomobildə sərnişini, Lənkəran rayon sakini K.Lətifovla birgə saxlanılmışdır. Şəxsi axtarış zamanı O.Hacızadədən nömrəsi silinmiş “Parabellum” markalı tapança və 9 ədəd patron aşkar edilərək götürülmüşdür.