X.Cəbrayılovanın Xaçmaz şəhər ərazisindəki yaşadığı evin həyətyanı sahəsindən çətənə kolu və marixuana aşkar edilərək götürülmüşdür
15.08.2020Xaçmaz RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində X.Cəbrayılovanın şəhər ərazisində yaşadığı evin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 361 ədəd çətənə kolu və 641 qramdan artıq qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür.