Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş vermişdir
15.08.2020Avqustun 15-də saat 16 radələrində Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisində qəsəbə sakini Şəmşir Əmrahovun və Sumqayıt şəhər sakini A.Nəbiyevin idarə etdikləri iki “Mercedes” markalı avtomobil toqquşmuş, nəticədə Ş.Əmrahov aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.