Masallı şəhərinin Bakı prospektində yol-nəqliyyat hadisəsi baş vermişdir
15.08.2020Avqustun 15-də saat 23 radələrində Masallı şəhərinin Bakı prospektində rayon sakinləri O.Ağaverdiyevin idarə etdiyi “VAZ-21011” və M.Ağayevin idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşmuşdur. Nəticədə O.Ağaverdiyevin sərnişinləri, şəhər sakinləri Müşfiq Tağılı və Məzahir Hüseynov hadisə yerində ölmüş, sürücü və digər sərnişini xəstəxanaya yerləşdirilmişlər.Masallı RPŞ tərəfindən araşdırma aparılır.