Gün ərzində törədilmiş 36 cinayətin üstü “isti izlər”lə açılmışdır
25.01.2020Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 36 cinayətin üstü “isti izlər”lə açılmışdır.
- Əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunmuşdur.
- Axtarışda olduğuna görə ümumilikdə 21 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 10 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22 fakt müəyyən edilmişdir.
- Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılmışdır.