Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Abşeron rayon sakini C.Quliyev saxlanılmışdır
25.01.2020Sumqayıt ŞPİ 4-cü PB əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş C.Quliyev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 450 qram marixuana aşkar edilərək götürülmüşdür.