Oğurluq etməkdə şübhəli bilinən ev sahibinin qohumu Ç.Abdullayev müəyyən edilərək saxlanılmışdır
25.01.2020Sumqayıt ŞPİ 1-ci Polis Bölməsinə şəhər ərazisindəki mənzillərin birindən yanvarın 1-dən 25-dək olan müddətdə naməlum şəraitdə pul, 1 ədəd noutbuk və 1 ədəd mobil telefonun oğurlanması barədə məlumat daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən ev sahibinin qohumu, əvvəllər məhkum olunmuş Ç.Abdullayev müəyyən edilərək saxlanılmışdır.