Mingəçevir şəhəri ərazisində avtobusda vətəndaşın 2180 manat olan çantasını oğurlamaqda şübhəli bilinən S.Həsənova Yevlax şəhərinin ərazisində saxlanılmışdır
25.01.2020Mingəçevir ŞPŞ-yə yanvarın 7-də şəhər ərazisində xətt avtobusunda Bakı şəhər sakini T.Cəfərovanın içərisində 2180 manat olan çantasının oğurlanması barədə məlumat daxil olmuşdur.
Mingəçevir ŞPŞ və Yevlax RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Samux rayon sakini, əvvəllər məhkum olunmuş S.Həsənova Yevlax şəhərinin ərazisində saxlanılmışdır.
Araşdırma zamanı onun Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması da müəyyən edilmişdir.