Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Astara rayonunda iki nəfər heroin satarkən polis əməkdaşları tərəfindən saxlanılmışlar

25.01.2020

Astara RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Şahağacı kənd sakini O.Quliyev heroin satarkən saxlanılmışdır. Şəxsi axtarış zamanı üzərindən əlavə olaraq narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür.

Davam etdirilən tədbirlərlə narkotik vasitənin ona həmkəndlisi, əvvəllər məhkum olunmuş E.Mikayılov tərəfindən satılması müəyyən edilmişdir.

E.Mikayılov da heroin satarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Şəxsi axtarış zamanı üzərindən heroin, evindən isə 6 kiloqram 40 qram tiryək, 70 qramdan artıq metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür.