Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gəncə şəhəri ərazisindəki bankomatların birindən bank kartlarından pul çıxararaq oğurlamaqda şübhəli bilinən S.Abbasov saxlanılmışdır

25.01.2020

Daşkəsən RPŞ-yə 2019-cu il noyabr ayının 22-də Gəncə şəhəri ərazisindəki bankomatların birindən Qabaqtəpə kənd sakinləri B.Əliyevə və həyat yoldaşına məxsus  443 manat pulun bank kartlarından çıxarılaraq oğurlanması barədə müraciət daxil olmuşdur.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini S.Abbasov polis əməkdaşları tərəfindən saxlanılmışdır.