Yevlax rayon sakini O.Namazov və Goranboy rayon sakini T.Hüseynov saxlanılmışlar
09.01.2020Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinə müraciət edən Lökbatan qəsəbə sakini Ş.Mustafayev yanvarın 8-də qəsəbə ərazisində 2 nəfərin ona hədə-qorxu gələrək 500 manat verməsini tələb etdiklərini bildirmişdir.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Yevlax rayon sakini O.Namazov və Goranboy rayon sakini T.Hüseynov müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılmışlar.