Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Kələntərli kənd sakini E.Qasımov avtomobillə birgə saxlanılmışdır
09.01.2020Bərdə RPŞ-yə müraciət edən şəhər sakini V.Əliyev yanvarın 9-da saat 21 radələrində “Mercedes” markalı avtomobilinin Ü.Hacıbəyov küçəsindən qaçırıldığını bildirmişdir.Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Kələntərli kənd sakini, əvvəllər məhkum olunmuş E.Qasımov həmin gün şəhər ərazisində avtomobillə birgə polis əməkdaşları tərəfindən saxlanılmışdır.Araşdırma aparılır.