Gəncə şəhərinin Ə.Rəfibəyli küçəsində yol-nəqliyyat hadisəsi
09.01.2020Yanvarın 9-da saat 15 radələrində Gəncə şəhərinin Ə.Rəfibəyli küçəsində şəhər sakini M.Məmmədov idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən həmyerliləri Hicran Babayevanı və onun nəvəsi 6 yaşlı F.Babazadəni vurmuşdur. Nəticədə qadın hadisə yerində ölmüş, azyaşlı isə xəstəxanaya yerləşdirilmişdir.Nizami (Gəncə) RPİ tərəfindən aparılır.