Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini F.Drusnar və Abşeron rayon sakini F.Qarayev saxlanılmışlar
09.01.2020Nəsimi RPİ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər - əvvəllər məhkum olunmuşlar Bakı şəhər sakini F.Drusnar və Abşeron rayon sakini F.Qarayev saxlanılmışlar. Şəxsi axtarış zamanı F.Drusnardan 15 qrama yaxın heroin və F.Qarayevdən isə 336 qramdan artıq heroin, 243 qramdan artıq metamfetamin aşkar edilərək götürülmüşdür.