Z.Əliyevi bıçaqla qətlə yetirməkdə şübhəli bilinən imişli rayon sakini E.Quliyev saxlanılmışdır
09.01.2020Yanvarın 10-da saat 5 radələrində İmişli rayonunun Ağamalılar kəndi ərazisindəki meşə zolağında şəhər sakini Zaur Əliyevin bıçaqla qətlə yetirilmiş meyitinin tapılması barədə daxil olmuş məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində münaqişə zəminində bu cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakini E.Quliyev saxlanılmışdır.Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.