Oğurluqda şübhəli bilinən Sumqayıt sakini Z.Nurəliyev saxlanılmışdır
09.01.2020Sumqayıt ŞPİ 3-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində 3 avtomobildən mobil telefon, gödəkçə, monitor, maqnitofon və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Sumqayıt sakini, əvvəllər məhkum olunmuş Z.Nurəliyev saxlanılmışdır.