DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Cinayət başında yaxalandılar

08.01.2020

Vətəndaşların haqlı narazılığına səbəb olan, əhalini su və enerji ilə təmin edən qurğuların və avadanlıqların, onların hissələrinin sökülərək oğurlanması hallarının qarşısının alınması, bu cinayətləri törətmiş şəxslərin ifşa edilməsi istiqamətində daxili işlər orqanları tərəfindən əməliyyat tədbirləri həyata keçirilir. Ağsu rayonunda polis əməkdaşları elektrik dirəklərindən naqilləri kəsərək oğurlayan şəxsləri cinayət başında yaxalayıblar. Belə ki, yanvarın 8-də Ağsu Rayon Polis Şöbəsinə rayonunun Pirhəsənli kəndindən keçən hissəsində dirəklərdən naqillərin kəsilməsi barədə məlumat daxil olmuşdur.

Dərhal polis əməkdaşları həmin əraziyə yollanıb və 5 dayaq arasında olan xətləri kəsərək oğurlamağa cəhd göstərən 2 nəfər “iş başında” yaxalanıblar. Bu zaman həmin şəxslər polis əməkdaşlarına  müqavimət göstərib, küt alətlə onlara xəsarət yetirməyə cəhd ediblər. Lakin polis əməkdaşlarının çevikliyi və operativliyi sayəsində onlar zərərsizləşdirilib, saxlanılaraq maddi sübutlarla birgə Polis Şöbəsinə gətiriliblər.  

Araşdırmalarla onların kənd sakinləri, əvvəllər məhkum olunmuş S.Nizamov və İ.Pirverdiyev olduqları müəyyən edilmişdir.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılmışdır.

08.01.2020 tarixinə olan kriminal məlumatlar