DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Yardımlı rayon sakini Z.İbayevdən 500 qram heroin və 600 qram tiryək aşkar edilərək götürülmüşdür

08.01.2020

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Yardımlı rayonu ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Məlikli kənd sakini,  əvvəllər məhkum olunmuş Z.İbayevdən 500 qram heroin və 600 qram tiryək aşkar edilərək götürülmüşdür.

Davam etdirilən tədbirlərlə ona narkotik vasitəni satmaqda şübhəli bilinən həmkəndlisi A.Həşimov da saxlanılmışdır.

08.01.2020 tarixinə olan kriminal məlumatlar