Nəsimi rayonu ərazisindəki mağazaların birindən pul və 5 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən E.Alıyev saxlanılmışdır
08.01.2020Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 30-da rayon ərazisindəki mağazaların birindən 3000 manat və 5 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Qazax rayon sakini, əvvəllər məhkum olunmuş E.Alıyev saxlanılmışdır.