DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Mərdəkan qəsəbəsi ərazisində yerləşən zoomarketdə quldurluq törədərək oranın sahibi H.Babayevə bıçaqla çoxsaylı xəsarətlər yetirməkdə şübhəli bilinən şəxslər saxlanılmışlar

08.01.2020

Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə rayon ərazisində baş vermiş quldurluq hadisəsi barədə məlumat daxil olmuşdur. Polis əməkdaşları tərəfindən aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, yanvarın 7-də saat 16 radələrində Mərdəkan qəsəbəsi ərazisində yerləşən zoomarketə gəlmiş 2 nəfər oranın sahibi H.Babayevə bıçaqla çoxsaylı xəsarətlər yetirərək cibindən 14.000 manatı götürüb hadisə yerini tərk etmişlər.

H.Babayev xəstəxanaya yerləşdirilmişdir.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən qəsəbə sakinləri E.Əliyev və Ə.Əliyev polis əməkdaşları tərəfindən saxlanılmışlar.

Araşdırma aparılır.

08.01.2020 tarixinə olan kriminal məlumatlar