DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Astara rayon sakini N.Suvarov heroin və marixuana satarkən saxlanılmışdır

08.01.2020

Astara RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Kakalos kənd sakini, əvvəllər məhkum olunmuş N.Suvarov narkotik vasitə olan heroin və marixuana satarkən saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 5 qramdan artıq marixuana aşkar edilərək götürülmüşdür.

Davam etdirilən tədbirlərlə ona narkotik vasitəni satmaqda şübhəli bilinən kənd sakini A.Təhməzov da polis əməkdaşları tərəfindən saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 0,182 qram, evindən isə 1 kiloqram 50 qram heroin aşkar edilərək götürülmüşdür.

08.01.2020 tarixinə olan kriminal məlumatlar