DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Adam öldürməkdə şübhəli bilinən Şabran rayon sakini R.İsmiyev saxlanılmışdır

08.01.2020

Yanvarın 8-də saat 21 radələrində Şabran rayon sakini R.İsmiyev Suraxanı rayonunun Bülbülə qəsəbəsində kirayədə yaşadığı evdə münaqişə zəminində onunla birgə yaşayan bibisi oğlu Cavid Muxtarova bıçaqla xəsarət yetirmişdir. C.Muxtarov xəstəxanaya aparılarkən yolda ölmüşdür.Rayonun polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Şabran rayon sakini R.İsmiyev saxlanılmışdır.Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır. Araşdırma aparılır.

08.01.2020 tarixinə olan kriminal məlumatlar