Əcnəbi vətəndaşın pulunu oğurlamaqda şübhəli bilinən 2 azyaşlı qız saxlanılmışlar
20.12.2019Dekabrın 17-də Səbail RPİ-nin 9-cu Polis Bölməsinə müraciət edən Botsvana Respublikasının vətəndaşı Mfo Kqasvane pulunun oğurlanmasını bildirmişdir.
Araşdırmalarla müəyyən edilmişdir ki, həmin gün saat 17 radələrində N.Rəfibəyli küçəsində 2 azyaşlı ona yaxınlaşıb, sonradan isə o, cibindəki 15 manat və 500 ABŞ dollarının oğurlanmasını aşkar edib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Yevlax rayon sakinləri olan 2 azyaşlı qız Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılmışlar.Araşdırma aparılır.