Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Sabunçu rayonu ərazisində idarə etdiyi avtobusla velosipedçini vuraraq hadisə yerini tərk etmiş sürücü X.Novruzov saxlanılmışdır

20.12.2019

Dekabrın 20-də saat 13 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində “Daewoo” markalı xətt avtobusu ilə yolun kənarı ilə velosiped sürən qəsəbə sakini Roman Nəsibov vurulmuşdur. Sürücü nəqliyyat vasitəsindən düşərək hadisə yerini tərk etmişdir.  

Xəsarətlə xəstəxanaya yerləşdirilmiş R.Nəsibov orada ölmüşdür.

Sabunçu RPİ 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış  tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmış qeyd edilən nəqliyyat vasitəsinin sürücüsü, paytaxt sakini X.Novruzov saxlanılmışdır.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

20.12.2019 tarixinə olan kriminal məlumatlar