Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini İ.Abdurəhmanov saxlanılmışdır
20.12.2019Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Abdurəhmanov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 7 qramdan artıq heroin aşkar edilərək götürülmüşdür.
Araşdırmalarla onun Rusiya Federasiyası Cinayət Mətcəlləsinin 158-ci (oğurluq) maddəsi ilə axtarışda olması da müəyyən edilmişdir.