Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Ağcabədi rayonu ərazisindəki evlərin birindən məişət əşyaları oğurlamaqda şübhəli bilinən A.Mamedov saxlanılmış, qardaşı Allahşükür isə müəyyən edilmişdir

20.12.2019

Ağcabədi RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakinləri A.Mamedov saxlanılmış, qardaşı Allahşükür isə müəyyən edilmişdir.

Polis əməkdaşları tərəfindən Allahşükürün yaşadığı evə baxış zamanı oradan 100 qramdan artıq heroin, 50 qram metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür.

Davam etdirilən tədbirlərlə DİN-in Təhlükəsiz Şəhər Xidməti tərəfindən Allahşükürə məxsus “VAZ-21705” markalı avtomobilin  rayonun Taxta Körpü qəsəbəsi ərazisində olduğu müəyyən edilmişdir. Ağcabədi və Zərdab RPŞ əməkdaşlarının birgə keçirdikləri tədbirlərlə qeyd edilən nəqliyyat vasitəsi qəsəbə ərazisində saxlanılmışdır.

Avtomobilin salonuna baxış zamanı oradan heroin aşkar edilərək götürülmüşdür. Nəqliyyat vasitəsini idarə edən Ağcabədi şəhər sakini P.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılmışdır.

Əməliyyat-axtarış tədbirləri  davam etdirilir.

20.12.2019 tarixinə olan kriminal məlumatlar