Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Paytaxt sakini Y.Əzizovun 800 manat pulunu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən şəxslər saxlanılmışlar

20.12.2019

Bakı ŞBPİ və Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakini Y.Əzizovun 800 manat pulunu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Bakı şəhər sakini K.Pirquliyev və Saatlı rayon sakini Q.Əliyev saxlanılmışlar.

Ətraflarında aparılmış tədbirlərlə onların Xaçmaz rayon sakini, əvvəllər məhkum olunmuş Q.Abdalov və Şamaxı rayon sakini V.Qədirovla birgə E.Niftullayevi döyüb quldurluq yolu ilə 100 manat pulunu və mobil telefonunu almaları da müəyyən edilmişdir.

Əməliyyat tədbirləri ilə Q.Abdalov və V.Qədirov da polis əməkdaşları tərəfindən saxlanılmışlar.

20.12.2019 tarixinə olan kriminal məlumatlar