Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Nərimanov rayonu ərazisində yetkinlik yaşına çatmayanlara tütün məmulatı satan 2 market satıcısı barəsində protokollar tərtib olunmuşdur

20.12.2019

DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi və Nərimanov RPİ əməkdaşlarının rayon ərazisində keçirdikləri reydlər nəticəsində 2 marketdə satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması faktları aşkar edilmişdir.

Həmin mağazaların satıcıları – M.Cəfərov və M.Salmanov barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunmuşdur.

Bu istiqamətdə reydlər davam etdirilir.

20.12.2019 tarixinə olan kriminal məlumatlar