Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini H.İsmayılov saxlanılmışdır

10.12.2019

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Yasamal rayonu ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş H.İsmayılov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 6 qrama yaxın heroin götürülmüşdür.

Davam etdirilən tədbirlərlə onun evindən isə əlavə 32 qramdan artıq heroin, 107 qramdan artıq tiryək, 103 qramdan çox marixuana, 109 qramdan artıq metamfetamin, metadon və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür.

10.12.2019 tarixinə olan kriminal məlumatlar