Quba şəhəri ərazisindəki mağazadan oğurluğa cəhd göstərmiş A.Ocaqov saxlanılmışdır
10.12.2019Dekabrın 10-da saat 1.40-da Quba şəhəri ərazisindəki mağazaların birindən Quba Regional Mühafizə Şöbəsinə həyəcan siqnalı daxil olmuşdur.
Dərhal RMŞ əməkdaşları hadisə yerinə gəlmiş, mağazadan oğurluğa cəhd göstərmiş rayon sakini, əvvəllər məhkum olunmuş A.Ocaqov saxlanılaraq Rayon Polis Şöbəsinə təhvil verilmişdir.
Araşdırma aparılır.