Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində “VAZ-2107” markalı avtomobillə piyada vurulmuşdur
10.12.2019Dekabrın 10-da saat 21 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində qəsəbə sakini A.Mahmudov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən həmyerlisi Həlimə Musayevanı vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.