Xətai rayonu ərazisindən “Volkswagen” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Ağdaş rayon sakini Q.Əliyev avtomobillə birgə saxlanılmışdır
10.12.2019Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini E.Mehdiyev dekabrın 9-da “Volkswagen” markalı avtomobilinin qaçırıldığını bildirmişdir.
Müraciətlə əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılmışdır.
DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən nəqliyyat vasitəsinin Ağdaş rayonu ərazisində hərəkətdə olması aşkar edilmişdir.
Görülmüş tədbirlərlə avtomobil BDYPİ-nin Ağdaş rayonu ərazisindəki stasionar postunda saxlanılmışdır. Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən rayon sakini Q.Əliyev avtomobillə birgə Rayon Polis Şöbəsinə təhvil verilmişdir.Araşdırma aparılır.