Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində “KamAZ” markalı avtomobillə iki piyada vurulmuşdur
10.12.2019Dekabrın 10-da saat 21 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində Şabran rayon sakini T.Ağayev idarə etdiyi “KamAZ” markalı avtomobillə yolu keçən qəsəbə sakini Tural Cabbarlını və Füzuli rayon sakini Dilarə Sultanovanı vurmuşdur. Nəticədə hər iki piyada aldıqları xəsarətlərdən hadisə yerində ölmüşlər.
Binəqədi RPİ tərəfindən araşdırma aparılır.