Nəsimi rayonu ərazisində yetkinlik yaşına çatmayanlara tütün məmulatı satan mağaza satıcısının barəsində protokol tərtib olunmuşdur
10.12.2019Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.
DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi və Nəsimi RPİ əməkdaşlarının rayon ərazisində keçirdikləri reydlər nəticəsində 1 mağazada satıcının yetkinlik yaşına çatmayana tütün məmulatı satması faktı aşkar edilmişdir.
Həmin mağazanın satıcısı - O.Rəhimov barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokol tərtib olunmuşdur.Bu istiqamətdə reydlər davam etdirilir.