Səbail rayonu ərazisində 2 xarici vətəndaşa məxsus mobil telefonlar və 2000 ABŞ dollarını oğurlamaqda şübhəli bilinən Ş.Əmirova saxlanılmışdır
28.05.2019Səbail RPİ-nin 41-ci Polis Bölməsinə müraciət edən 2 xarici vətəndaş mayın 26-da Badamdar qəsəbəsində kirayədə yaşadıqları evdən onlara məxsus 2 ədəd mobil telefonun və 2000 ABŞ dollarının oğurlandığını bildirmişlər.
Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılmışdır.
Bakı Şəhər Baş Polis İdarəsi və 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Oğuz rayon sakini Ş.Əmirova qısa müddətdə müəyyən edilərək saxlanılmışdır.Araşdırma aparılır.