Şəmkir şəhərinin ərazisində YNH törədərək hadisə yerindən yayınmış sürücü N.Budaqov saxlanılmışdır
28.05.2019Mayın 28-də saat 21 radələrində Şəmkir şəhərinin ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini Binnət Qasımov vurulmuş və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmış “VAZ-2107” markalı avtomobilin sürücüsü, şəhər sakini N.Budaqov saxlanılmışdır.