Paytaxt sakini olan bir qadının çantasını oğurlamaqda şübhəli bilinən V.Abdullayev saxlanılmışdır
28.05.2019Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 26-da paytaxt sakini olan bir qadının çantasını oğurlamaqda şübhəli bilinən V.Abdullayev saxlanılmışdır.
Ətrafında aparılmış tədbirlərlə onun aprelin 15-dən mayın 18-dək olan müddətdə 5 avtomobildən, habelə 1 həyətyanı sahədən akkumulyator və avtomobil təkəri oğurlaması da müəyyən edilmişdir.