Nərimanov rayonunun Z.Bünyadov prospektində yol-nəqliyyat hadisəsi
28.05.2019Mayın 28-də saat 14 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində Bakı şəhər sakini Təvəkkül Yusubov idarə etdiyi “BMW” markalı avtomobili yol ayırıcısına vurduğundan idarəetməni itirib avtomobili əks istiqamətdə hərəkətdə olan “Mitsubishi” markalı avtomobilə çırpmışdır. Nəticədə sürücü və sərnişini olan oğlu Nizami hadisə yerində ölmüşlər.