Göygöl rayonunun Yeni Qızılca kəndi ərazisində yol-nəqliyyat hadisəsi
28.05.2019Mayın 28-də saat 14 radələrində Göygöl rayonunun Yeni Qızılca kəndi ərazisində kənd sakini Ş.İsaqovun idarə etdiyi “VAZ-21011” və Gəncə şəhər sakini E.Abbasovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşmuşdur. Nəticədə E.Abbasovun sərnişini Qənifə Quliyeva hadisə yerində ölmüşdür.
Göygöl RPŞ tərəfindən araşdırma aparılır.