Sumqayıt şəhəri ərazisindəki 2 evdən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılmışlar
28.05.2019Kriminalistik Tədqiqatlar İdarəsi və Sumqayıt ŞPİ 3-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 13-də və mayın 22-də şəhər ərazisindəki 2 evdən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Sumqayıt sakinləri, əvvəllər məhkum olunmuşlar - A.Zərbəlizadə və H.Bağırov saxlanılmışlar.