Gün ərzində 115 cinayət faktı qeydə alınıb
22.12.2017Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 115 cinayət faktı qeydə alınıb, onların da 27-si “isti izlər”lə açılıb.
- Axtarışda olduğuna görə 32 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.
- Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 7 nəfər xəsarət alıb.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb.