Hacıqabul rayonunun Qarasu kəndi ərazisində yol-nəqliyyat hadisəsi
22.12.2017Dekabrın 22-də saat 14 radələrində Hacıqabul rayonunun Qarasu kəndi ərazisində Bakı şəhər sakini Nadir Şahvələdov idarə etdiyi “Daewoo” markalı avtobusla yolu keçən Abdulabad kənd sakini Bari Həmzəyevi vurmuş və nəticədə piyada hadisə yerində ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.